Bakı-Tbilisi-Bakı qatarına onlayn bilet alanların nəzərinə
Azərbaycan Dəmir Yolları (ADY) Bakı-Tbilisi-Bakı marşrutu üzrə onlayn bilet alışında sərnişin maraqlarının qorunması və mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə yeni verifikasiya qaydaları tətbiq edir.
XEBER.GE xeber verir ki,
"Azərbaycan vətəndaşları ADY-nin veb-saytı və "ADY Mobile" tətbiqində şəxsi kabinetlərini "mygov ID" vasitəsilə verifikasiya etməlidirlər", - məlumatda bildirilib.
Əlavə edilib ki, FİN kod daxil edildikdən sonra zəruri məlumatlar avtomatik əks olunacaq. Bilet almaq üçün verifikasiyanın tamamlanması mütləqdir:
"Xarici ölkə vətəndaşları isə verifikasiya üçün vətəndaşı olduqları ölkənin adını və telefon nömrəsini daxil edərək OTP kod vasitəsilə təsdiqləməlidirlər.
"ADY Mobile"da verifikasiyadan keçmək üçün saat 00:00-dan sonra tətbiqi yeniləməyi unutmayın", - qurumun məlumatında deyilir.
mənbə: oxuaz