Bağdatidə yaşayış evi yanıb

Bağdati bələdiyyəsinin Persati kəndində yaşayış evi yanıb.
Hadisə dünən axşam saatlarında baş verib.
Yanğın zamanı evdə orta yaşlı kişi olub, lakin onun çıxarılması mümkün olub. Hadisə yerinə yanğınsöndürmə-xilasedici, təcili tibbi yardım və polis qrupları cəlb edilib.
Məlumata görə, ev tamamilə yanıb. Yanğının səbəbi kimi köhnə elektrik naqilləri göstərilir.
mənbə: Intrepress.ge