Axmetada ağır yol qəzası
Bir nəfər ölüb, üç nəfər yaralanıb – Axmeta bələdiyyəsinin Xistauri kəndində baş verən avtomobil qəzası 35 yaşlı kişinin həyatına son qoyub.
XEBER.GE xeber verir ki, yayılan məlumata görə, iki minik avtomobili toqquşub. Yaralılar xəstəxanaya çatdırılıblar.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.