Axmeta bölgəsində bıçaqlanma hadisəsi
Polis Departamentinin Axmeta Rayon Şöbəsinin əməkdaşları 1988-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş D.İ.-ni sağlamlığa qəsdən az ağır zərər vurmaq ittihamı ilə saxlayıblar.
"DİN":-nin məlumatına görə,сinayət 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Axmeta bələdiyyəsində məişət xarakterli mübahisə zamanı qonşuluqda yaşayan Hindistan vətəndaşı — 1973-cü il təvəllüdlü M.S.-i soyuq silahdan istifadə etməklə aşağı ətraf nahiyəsindən bıçaqlayıb.
Yaralı kişi xəstəxanaya aparılıb və ona uyğun tibbi yardım göstərilib.
Polis D.İ.-ni təqsirləndirilən şəxs qismində isti izlərlə saxlayıb,” – deyə DİN bildirir.
Hüquq-mühafizə orqanları cinayətdə istifadə olunan bıçağı maddi sübut kimi götürüblər.
Sağlamlığa qəsdən az ağır zərər vurma faktı üzrə istintaq Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə aparılır.