Axaltsixedə hündürlükdən düşən qadın ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib
Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində qorxulu və bədbəxt hadisə qeydə alınıb.
Xeber.ge xəbər verir ki, Axaltsixe şəhərində bir qadın yaşayış binasının 5-ci mərtəbəsindən yerə yıxılıb.
Hadisə şahidlərinin verdiyi ilkin məlumatlara görə, qadın 5-ci mərtəbənin hündürlüyündən birbaşa yerə deyil, binanın birinci mərtəbəsindəki mənzilə sonradan edilən qanunsuz tikilinin) damına düşüb.
Məhz bu damın hündürlüyü azaltması və zərbəni yumşaltması qadının həyatını xilas edib.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı qadın hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə dərhal yerli klinkaya çatdırılıb.
İnsidentin baş verdiyi əraziyə dərhal Gürcüstan Daxili İşlər Nazirliyinin patrul və kriminal polis əməkdaşları səfərbər olunub.
Hazırda hadisənin dəqiq səbəbləri- qadının ehtiyatsızlıqdan yıxıldığı, yoxsa hadisədə intihar və ya kənar şəxslərin müdaxiləsinin olub-olmaması araşdırılır.
Həmçinin "PrimeTime" media agentliyi hazırda həkimlərlə əlaqə saxlayaraq yaralı qadının sağlamlıq vəziyyəti ilə bağlı əlavə təfərrüatları dəqiqləşdirməyə çalışır.
Faktla bağlı istintaq hərəkətlərinə başlanılıb.