Axaltsixedə məktəbin qarşısında uşağı maşın vurub
Gürcüstanın Axaltsixe şəhərində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə 5 nömrəli dövlət məktəbinin yaxınlığında qeydə alınıb.
Xeber.ge xəbər verir ki,
Qəza nəticəsində xəsarət alan uşaq dərhal Axaltsixe Referal Hospitalına çatdırılıb. Hazırda onun vəziyyəti barədə rəsmi tibbi rəy açıqlanmasa da, şahidlərin sözlərinə görə, uşağın ayağı sınıb.
Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.