Avtomobil yuxarı küçədən aşağı yuvarlanaraq digər avtomobilə çırpılıb
Tbilisidə, Dolidze küçəsində qeyri-adi avtomobil qəzası baş verib.
Yuxarı küçədən idarəetməni itirmiş avtomobil aşağı küçədə dayanmış digər avtomobilin üzərinə düşüb və nəticədə avtomobillər qarajlara çırpılıb.
Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb və dərhal tibbi müəssisəyə aparılıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı istintaq artıq başlanılıb.
mənbə: interpress