Avtomobil gətirmək adı ilə 75 104 lari dələduzluq edən şəxs saxlanıldı

Oct 17, 2026 - 11:47
 0  22
Avtomobil gətirmək adı ilə 75 104 lari dələduzluq edən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunan bir nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, DİN-in məlumatına görə, təqsirləndirilən şəxs vətəndaşlara ABŞ-dən Gürcüstana avtomobillər gətirəcəyini vəd edib və bunun müqabilində onların onun göstərdiyi bank hesabına 75 104 lari köçürməsinə nail olub.

Lakin saxlanılan şəxs üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib və köçürülən pul vəsaitinin hamısını qanunsuz olaraq mənimsəyib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində şübhəli Gori şəhərində saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.