Avropa İttifaqı Gürcüstana xəbərdarlıq etdi

Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi vizasız rejimin dayandırılması mexanizmləri və bu risklərin qarşısını almaq üçün hökumətin atmalı olduğu addımlarla bağlı məlumat yayıb.
Bu barədə məlumat rəsmi “Facebook” səhifəsindı qeyd olunub.
Aİ paylaşımında bildirilir ki, Aİ Gürcüstandan avqustun sonunadək yenilənmiş məlumat gözləyir. Əgər göstərilən məsələlər həll olunmazsa, vizasız rejimin tamamilə dayandırılması mümkündür.
“Vizasız gediş-gəliş əsas hüquq və azadlıqlara hörmət prinsipi ilə bağlıdır. 2025-ci ilin yanvarında Avropa İttifaqı Gürcüstanın xidməti və diplomatik pasport sahibləri üçün vizasız rejimi dayandırıb. 2024-cü ilin dekabrında Avropa Komissiyasının Gürcüstanla bağlı hesabatında ciddi narahatlıqlar ifadə olunmuşdu.
Aİ-nin tövsiyələri arasında əsas hüquqların müdafiəsi, azadlıqları məhdudlaşdıran qanunların ləğvi və antikorrupsiya səylərinin gücləndirilməsi yer alır.
Avropa İttifaqı Gürcüstandan avqustun sonuna qədər yenilənmiş məlumat gözləyir. Əgər məsələlər həll edilməzsə, vizasız rejimin tamamilə dayandırılması baş verə bilər”, – deyə məlumatda bildirilir.
mənbə: interpress