Yunanıstanda oğurluq ittihamı ilə Gürcüstan vətəndaş saxlanılıb

Feb 12, 2025 - 14:55
 0  63
Yunanıstanda oğurluq ittihamı ilə Gürcüstan vətəndaş saxlanılıb
: :
playing

Yunanıstan polisi seriya oğurluq faktı ilə bağlı Gürcüstan vətəndaşı olan 39 yaşlı bir qadını saxlayəb.

Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, qadın ev işçisi kimi çalışdığı ailələrdən qiymətli əşyalar oğurlayıb. Axtarış zamanı onun saxladığı əşyalar arasında “Rolex” markalı saatlar, qiymətli zinət əşyaları və gümüş antik qablar aşkarlanıb.

Məlum olub ki, həmin qadın 2023-cü ildə də oğurluq ittihamı ilə məhkəməyə çıxarılmış və girov qarşılığında azadlığa buraxılıb. Lakin o, Gürcüstana qayıtdıqdan sonra ad və soyadını dəyişdirərək yenidən Yunanıstana qayıdıb və cinayət fəaliyyətini davam etdirib.

Hazırda onun barəsində hüquqi prosedurlar davam edir və Yunanıstan məhkəməsi qadının sonrakı taleyi ilə bağlı qərar verməlidir.

mənbə: Interpress