Almaniyanın gələcək koalisiya razılaşmasında Gürcüstanın Aİ-yə inteqrasiyası məsələsi qeyd olunub

Gürcüstandakı Almaniya səfirliyi Almaniyanın gələcək hökumətinin koalisiya razılaşmasından Gürcüstanla bağlı hissəni yayıb.
Sənəddə bildirilir ki, Xristian-Demokratik İttifaq (CDU), Xristian-Sosial İttifaq (CSU) və Sosial Demokrat Partiyası (SPD) arasında imzalanmış razılaşmada Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi də əks olunub.
“Gürcüstanın Aİ-yə üzvlük prosesinin davam etdirilməsi yalnız o halda mümkün olacaq ki, demokratik proseslərin qorunmasında şübhələr qalmasın. Biz avropayönlü qüvvələri dəstəkləyirik,” – deyə razılaşmanın müvafiq hissəsində qeyd olunur.
mənbə: interpress