Aİ ölkələrinin səfirləri vizasız rejimin dayandırılması mexanizminin sadələşdirilməsini dəstəkləyiblər
Avropa İttifaqına üzv dövlətlərin səfirləri üçüncü ölkə vətəndaşları üçün vizasız rejimin dayandırılmasını nəzərdə tutan mexanizmin sadələşdirilməsini dəstəkləyiblər.
Yeni qaydalara əsasən, Aİ vizasız rejimin müvəqqəti dayandırılması prosesini asanlaşdıracaq.
Xeber.ge xəbər verir ki,
Sadələşdirilmiş mexanizmin dekabr ayında qüvvəyə minməsi gözlənilir. Növbəti mərhələdə, 17 noyabrda məsələ Ümumi İşlər Şurasında səsə qoyulacaq.
Qanunvericilik dəyişiklikləri qüvvəyə mindikdən sonra vizasız rejimin dayandırılması üçün əsaslara aşağıdakılar da əlavə ediləcək:
-
Aİ-nin xarici əlaqələrinin pisləşməsi (xüsusilə insan haqları və əsas azadlıqların pozulması hallarında);
-
Aİ-nin viza siyasətinə uyğunluğun olmaması.
Yeni mexanizm hal-hazırda Şengen zonasına qısamüddətli səfərləri vizasız həyata keçirən 61 ölkəyə şamil olunacaq.