“ABŞ-la strateji tərəfdaşlığı təzədən, təmiz səhifədən başlamaq istəyirik”

Aug 19, 2025 - 18:23
 0  17
“ABŞ-la strateji tərəfdaşlığı təzədən, təmiz səhifədən başlamaq istəyirik”

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, hökumət ABŞ-la strateji tərəfdaşlığı yeniləmək və münasibətləri “təmiz səhifədən” başlamaq niyyətindədir.

Baş nazir ABŞ Prezidenti Donald Trampa göndərilən məktubun “təhqiramiz məzmunlu” olması barədə yayılan məlumatı yalan adlandırıb və bildirib ki, məqsəd iki ölkə üçün faydalı olacaq konkret yol xəritəsi əsasında tərəfdaşlığı bərpa etməkdir.

“Bizə [Robin Daniganın] çoxlu yalanı yadımızdadır. Eləcə də əvvəlki səfirdən ağır yalanlar xatırlayırıq. Ona görə də belə yalanlara heç kim təəccüblənmir. Biz həm açıq məktub dərc etdik, həm də qapalı məktub göndərdik. Qapalı məktub qapalı olmalı idi, çünki orada başqa mövzular vardı, hansı barədə ictimaiyyət qarşısında danışmaq istəmirdik.

Açıq məktub hər kəsə məlumdur, orada ümumi ruh əks olunmuşdu, qapalı məktubda da eyni ruh vardı. Bu ruh budur ki, biz ABŞ-la strateji tərəfdaşlığın yenidən başlanmasını, təmiz səhifədən başlamasını istəyirik. Arzumuz odur ki, konkret yol xəritəsi ilə bu tərəfdaşlıq bərpa edilsin və burada hər iki ölkənin faydası nəzərdə tutulsun.

Biz ümid edirik ki, sağlam yanaşma olacaq və strateji tərəfdaşlıq yenidən sağlam formada qurulacaq. Bu, bizim istəyimizdir və indi ABŞ tərəfinin cavabını gözləyirik”, – deyə Kobaxidze vurğulayıb.

mənbə: interpress