ABŞ kömək istədi, Ukrayna hərbçilər göndərir

Mar 6, 2026 - 11:34
 0  40
ABŞ kömək istədi, Ukrayna hərbçilər göndərir

Ukrayna yaxın günlərdə hərbçilərini ABŞ bazalarını İran dronlarından qorumaq üçün göndərəcək.

 Xeber.ge xəbər verir ki, bu barədə “Röyters” mənbəyə istinadla məlumat yayıb.

Ukrayna Prezidenti Vladimir Zelenski də özünün X səhifəsində ABŞ-ın dəstək üçün Kiyevə müraciət etdiyini təsdiqləyib:

“ABŞ-dan Yaxın Şərqdə “Şahid”lərə qarşı müdafiədə konkret dəstək tələbi aldıq. Lazımi vasitələrin və təhlükəsizliyi təmin edə biləcək ukraynalı mütəxəssislərin göndərilməsi barədə göstərişlər verdim. Ukrayna təhlükəsizliyimizi təmin etməyə və xalqımızın həyatını qorumağa kömək edən tərəfdaşlara yardım edir”, - Zelenski bildirib.

Agentliyin məlumatına görə, Ukrayna hərbçiləri və mütəxəssisləri yaxın günlərdə fəaliyyətə başlaya bilərlər. Onların regionun bir neçə ölkəsindəki ABŞ bazalarını və qoşunlarını qorumağa kömək edəcəkləri gözlənilir.

Qeyd edək ki, Rusiya Ukraynaya qarşı İranın “Şahid” PUA-larından istifadə etdiyi üçün ukraynalı hərbçiləri bu dronları ələ keçirmək təcrübəsi və vasitələri var.

mənbə: axar.az