Hörmüz boğazında minə yaxın gəmi yığılıb

Mar 6, 2026 - 11:43
 0  27
Hörmüz boğazında minə yaxın gəmi yığılıb

 

Hörmüz boğazında hərəkətin məhdudlaşdırılmısı ilə əlaqədar Fars körfəzində 1 000-ə yaxın gəmi yığılıb.

Xeber.ge xəbər verir ki, bu barədə "Reuters" agentliyi Lloyd`s Market Association (LMA) assosiasiyasının rəhbəri Şeyla Kamerona istinadən xəbər verib.

O bildirib ki, həmin gəmilərin demək olar ki, yarısı yanacaqdaşıyan tankerlərdir.

Onun sözlərinə görə, bu gəmilərin ümumi sığorta dəyəri 25 milyard dolları keçir.

"Martın 1-dən etibarən, azı 40 gəmi Hörmüz boğazından keçib", - deyə Kameron əlavə edib

mənbə: oxu.az