ABŞ-də hava limanında DƏHŞƏTLİ ANLAR - VİDEO

Mar 14, 2025 - 10:19
 0  29

ABŞ-də hava limanında "American Airlines" şirkətinə məxsus təyyarə yanıb.

Xeber.ge xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hadisəyə səbəb mühərrikdəki nasazlıq olub.

Məlumata görə, 1006 saylı reys Kolorado-Sprinqs hava limanından Dallas beynəlxalq aeroportuna uçan zaman Denverdə təcili eniş etməli olub.

"Denver Beynəlxalq Hava Limanında uğurlu enişdən sonra "American Airlines"ın 1006 saylı reysində mühərrikində yanğın başlayıb. 172 sərnişin və altı ekipaj üzvü təyyarəni tərk edib. Daha sonra alov bütün təyyarəni bürüyüb", - deyə məlumatında vurğulanıb.

mənbə: oxu.az