AB sabah Gürcüstanı müzakirə edəcək
 
                                Avropa liderləri Avropa Şurasının qeyri-rəsmi iclasında Gürcüstanda seçkilərdən sonra vəziyyəti müzakirə edəcəklər.
Bu barədə Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin AB-yə üzv dövlətlərin başçılarına göndərdiyi dəvət məktubunda deyilib.
“Seçkilərdən sonra Gürcüstandakı vəziyyəti və gediləcək yolları da müzakirə edəcəyik”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, noyabrın 8-də Budapeştdə Avropa Şurasının qeyri-rəsmi iclasında liderlər transatlantik əlaqələri və BMT-yə dəstəyi müzakirə edəcəklər.
mənbə: axar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            