4 ildə Gürcüstanın dövlət büdcəsi 40 milyardı ötəcək

Baş nazir bildirib ki, cari ilin ilk səkkiz ayının məlumatına görə, bu il ölkədə 10 faizlik iqtisadi artım olub

Oct 19, 2024 - 23:57
Oct 20, 2024 - 00:41
 0  13
4 ildə Gürcüstanın dövlət büdcəsi 40 milyardı ötəcək

Gürcüstanda iqtisadi artım tempini saxlamaq və onu daha da sürətləndirmək hökumətimizin əsas prioritetlərindən biridir.

 

Bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze bu gün hökumət administrasiyasında keçirdiyi brifinqdə məlumat verib.

Baş nazir bildirib ki, cari ilin ilk səkkiz ayının məlumatına görə, bu il ölkədə 10 faizlik iqtisadi artım olub.

 

“Biz əvvəlki 3 ildə orta hesabla 9,7 faiz artım əldə etmişik ki, bu da Avropada və regionda ən yüksək göstəricidir. Biz seçki proqramı təqdim etmişik və sənədə əsasən 4 il ərzində iqtisadiyyatımız 130 milyard lariyə çatacaq. Dövlət büdcəmiz 40 milyard larini keçəcək, işsizlik, yoxsulluq səviyyəsi 4 faizə enəcək. Bunun üçün əldə etdiyimiz iqtisadi artım tempini saxlamaq və daha da sürətləndirmək lazımdır. Təbii ki, proqnozların yaxşılaşması təqdirəlayiqdir, lakin biz bu proqnozları daha da aşmaq istəyirik. Bu, bizim iddialı vəzifəmizdir”, - deyə Baş nazir vurğulayıb.