33 yaşlı şəxs uşaq pornoqrafiyası saxladığı və yaydığı üçün həbs olundu

Oct 22, 2025 - 20:12
Oct 22, 2025 - 22:35
 0  42
33 yaşlı şəxs uşaq pornoqrafiyası saxladığı və yaydığı üçün həbs olundu

Daxili İşlər Nazirliyinin məlumatına görə, 1992-ci il təvəllüdlü və keçmişdə narkotik cinayəti ilə əlaqədar cəza almış bir şəxs, azyaşlının şəklinin olduğu pornoqrafik materialları bilə-bilə əldə etməyi, saxlamağı və yayması ittihamı ilə həbs edilib.

Xeber.ge xeber  verir ki, bu cinayətə görə 9 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

"Araşdırma zamanı müəyyən edilmişdir ki, ittiham olunan şəxs azyaşlının təsvir olunduğu pornoqrafik materialları əvvəlcədən bilərək, şəxsi istifadə məqsədilə saxlayıb və yayıb.

Hüquq-mühafizə orqanları məhkəmənin qərarı əsasında həbs olunanın şəxsi və yaşayış yerində aparılan axtarışı zamanı kompüter texnikasını, mobil telefon və yaddaş kartını dəlil kimi girov götürüblər" - ifadə olunur bəyanatda.

Araşdırma Cinayət Məcəlləsinin 255-ci maddəsinin 3-cü və 4-cü bəndləri ilə aparılır.