116 475 lari dələduzluq yolu ilə mənimsəyən iki nəfər saxlanılıb

Oct 18, 2026 - 13:21
 0  72
116 475 lari dələduzluq yolu ilə mənimsəyən iki nəfər saxlanılıb

Dələduzluqda ittiham olunan iki nəfər saxlanılıb.

XEBER.GE xeber  verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, təqsirləndirilən şəxslər tanıdıqları qadına birgə biznes qurmağı təklif ediblər.

Qadın təkliflə razılaşıb, biznesi maliyyələşdirmək üçün banklardan kredit götürərək onlara ümumilikdə 116 475 lari verib.

Lakin təqsirləndirilən şəxslər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyiblər.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər razılaşdırılmış şərtləri pozaraq aldıqları pulu qanunsuz olaraq mənimsəyiblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hər iki şəxsi məhkəmə qərarı əsasında Batumidə saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin ikinci hissəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.