Əri tərəfindən 20 yaşlı qadın bıçaqlandı

Jun 19, 2025 - 11:58
 0  17
Əri tərəfindən 20 yaşlı qadın bıçaqlandı
: :
playing

Gürcüstanın Qori şəhərində, Tamar Mepe küçəsində yerləşən yaşayış evində 20 yaşlı qadın bıçaqla çoxsaylı bədən xəsarətləri alıb.

Zərərçəkmiş qadın təcili tibbi yardım briqadası tərəfindən Qori Hərbi Hospitalına çatdırılıb və hazırda cərrahi əməliyyat olunur. Həkimlərin məlumatına görə, onun həyatı üçün real təhlükə yoxdur.

Qonşuların sözlərinə görə, qadına xəsarətləri həyat yoldaşı yetirib. Hadisədən sonra şübhəli şəxs – qadının əri – özünə də xəsarət yetirib və hazırda "Gormed" klinikasında müalicə olunur.

Məlumata əsasən, cütlük iki ay əvvəl ailə qurub.

Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin "k" bəndi ilə – qəsdən adam öldürməyə cəhd, ağırlaşdırıcı hallarda – istintaq aparılır.

mənbə: interpress