Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Oct 15, 2026 - 10:56
 0  22
Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Türkiyədə hökm sürən əlverişsiz hava şəraiti və qasırğa İstanbulda nəqliyyatın hərəkətini iflic edərək 40-dan çox təyyarənin digər şəhərlərin hava limanlarına yönləndirilməsinə səbəb olub.

 XEBER.GE  xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilir ki, şiddətli yağışlar nəticəsində şəhərdə 1200-dən çox yaşayış binası su altında qalıb və 15 torpaq sürüşməsi qeydə alınıb. Səlahiyyətlilər isə sakinləri və turistləri zərurət olmadıqca evdə qalmaga çağırıb.

mənbə: AZƏRTAC