Əfqanıstan Pakistanın hərbi bazasına zərbə endirdi - VİDEO
Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanın Vana şəhərində yerləşən hərbi bazaya zərbə endirib.
Xeber.ge xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, söhbət Pakistanın Hayber-Paxtunxva əyalətinin Cənubi Vəziristan dairəsinin inzibati mərkəzində yerləşən hərbi obyektdən gedir. Əfqanıstan tərəfi zərbənin Pakistan Hərbi Hava Qüvvələrinin gecə saatlarında Qəndəhar əyalətinə endirdiyi hücuma cavab olaraq həyata keçirildiyini bildirib.
mənbə: oxu.az