Paraşütü təyyarənin quyruğuna ilişdi, belə xilas oldu - Video

Dec 12, 2025 - 11:59
 0  28
Paraşütü təyyarənin quyruğuna ilişdi, belə xilas oldu - Video

Avstraliyanın şimal-şərqində yerləşən Kvinslenddə paraşüt tullanışı zamanı baş verən hadisə izləyənləri şoka salıb.

Xeber.ge xəbər verir ki, bir paraşütçünün ehtiyat paraşütü tullanma zamanı təyyarənin quyruğuna ilişərək, ​​minlərlə metr hündürlükdə asılı qalıb.

Təmkinini qoruyan paraşütçü bıçaqla ipləri kəsərək özünü xilas edə bilib və yüngül xəsarətlərlə eniş edib.

mənbə: qafqazinfo.az