3 bacı hafizi-Quran dərəcəsinə yüksəldi

Dec 12, 2025 - 12:02
 0  23
3 bacı hafizi-Quran dərəcəsinə yüksəldi

Xeber.ge xəbər verir ki, misirli 3 bacı hafizi-Quran dərəcəsinə yüksəlməyi bacarıb.

Hüsna, Rövzə və Aliyə Salah bacılarının 19, 22 və 24 yaşları var.

Qurani-Kərimi əzbərləmək onların çoxdankı xəyalı olub. Onlar bu nailiyyəti Allahın lütfü adlandırıblar.

Bildirilib ki, Quran onların həyatını müsbətə doğru dəyişib və misli-bərabəri olmayan aramlıq mənbəyidir.

Bu işdə onları ailəsi də qızlarına hərtərəfli dəstək göstərib.

mənbə: azshafaqna.com