“Əfv tamamilə gözlənilməz idi, bu çox çirkin addımdır”

“Güclü Gürcüstan – Lelo” partiyasının liderlərindən biri, Mamuka Xazaradze, bir qədər əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra, əfv qərarını “məkrli və çirkin addım” adlandırıb.
Jurnalistlərə açıqlamasında Xazaradze bildirib ki, onun üçün bu əfv tamamilə gözlənilməz olub.
“Əvvəlcə hər kəsə təşəkkür etmək istəyirəm – həm tanışlara, həm də xüsusilə tanımadığım insanlara ki, bu müddət ərzində bizə dəstək olur, ruhlandırırdılar. Mediyaya da dəstəyinı görə, təşəkkürümü bildirirəm. Bugünkü qərar tamamilə gözlənilməz idi. Mən və Badri Caparidze bu addımı şüurlu şəkildə atdıq, çünki ölkədə yaranmış vəziyyətlə razı deyilik – bu, qeyri-legitim parlamentdir, ələ keçirilmiş parlamentdir, ələ keçirilmiş prezident kreslosudur. Bugün bizi əfv etməklə azadlığa buraxsa da, mənim minnətdarlıq hissim olsa belə, bu, məkrli və çox çirkin addımdır, çünki bizim silahdaşlarımız eyni maddə ilə, eyni “cinayətə” görə hələ də həbsdədirlər,” – deyə Mamuka Xazaradze qeyd edib.
mənbə: interpress