Gürcüstanın gömrük sərhədində qızıl zinət əşyalarının qanunsuz keçirilməsi faktı aşkar edilib

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti, Gəlirlər Xidmətinin Gömrük Departamenti əməkdaşları ilə birgə həyata keçirdiyi operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Gürcüstanın gömrük sərhədində xüsusilə böyük miqdarda malın gömrük qaydalarının pozulması ilə keçirilməsi ilə bağlı iki faktı aşkar edib.Bu faktlarla bağlı iki nəfər saxlanılıb.
Məlumatı İstintaq Xidməti yayıb.
“Aparılan istintaq nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər tərəfindən ‘Sarpi’ gömrük keçid məntəqəsi vasitəsilə gömrük nəzarətindən gizli şəkildə Gürcüstanın gömrük sərhədindən ümumi gömrük dəyəri 212 152,3 lari olan 1 213,4 qram qızıl zinət əşyaları keçirilib.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin ikinci bəndi ilə aparılır. Bu maddə ilə beş ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”, – deyə rəsmi məlumatda bildirilir.
mənbə: interpress