Zurabişvilinin ultimatumu: Çevriliş təhlükəsi və xarici qüvvələrin oyunu

Dec 25, 2024 - 23:36
 0  75

Gürcüstanda dövlət çevrilişi və vətəndaş müharibəsi təhlükəsi aradan qalxmayıb.

Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilir.

Qeyd olunur ki, xarici qüvvələr Gürcüstanda iki prezidentin - səlahiyyət müddəti başa çatan Salome Zurabişvili və yeni seçilmiş Mixail Kavelaşvilinin mövcudluğundan maksimum yararlanmağa çalışır. Zurabişvili ultimatum verərək hakimiyyətdən səlahiyyət müddətinin başa çatdığı dekabrın 29-na qədər yeni seçkilərin tarixini təyin etməyi tələb edib.

Vurğulanır ki, Qərbdə keçən həftəsonu prezident kimi son günlərini keçirən Salome Zurabişviliyə dəstəyin təşkilinə böyük vəsait ayrılıb. Bütün qərbyönlü QHT-lər küçələrdə Zurabişviliyə guya "milli dəstək" illüziyası yaratmaq üçün öz əməkdaşlarını və tərəfdarlarını səfərbər etdilər. Qərbyönlü müxalifətin bu cür səfərbərliyi fonunda dekabrın 22-də axşam Rustaveli prospektində Salome Zurabişvili Gürcüstan hakimiyyətinə öz ultimatumunu səsləndirib.

mənbə: oxu.az