Zurab Caparidze 7 ay müddətinə azadlıqdan məhrum edilib

Hakim Jvebe Naçkebia siyasətçi Zurab Caparidzeni Tea Tsulukiani istintaq komissiyasına gəlmədiyi üçün 7 ay həbs cəzasına məhkum edib. Müvafiq qərar 23 iyun tarixində elan olunub.
Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə prosesində nə Caparidze, nə də onun yaxınları iştirak edib.
Bundan əlavə, məhkəmənin qərarı ilə o, 2 il müddətinə dövlət vəzifəsi tutmaq hüququndan da məhrum edilib.
Zurab Caparidze bir sıra digər müxalif siyasətçilərlə birlikdə “Gürcü Arzusu” partiyasının təşəbbüsü ilə yaradılan parlament istintaq komissiyasında iştirak etmədiyinə görə saxlanılıb. Siyasətçilər bu parlamentin legitimliyini tanımır və komissiyanın iclaslarına qatılmayıblar.
Qeyd edək ki, istintaq komissiyası Milli Hərəkatın hakimiyyəti dövründə baş vermiş hadisələrin araşdırılması məqsədi ilə yaradılıb, lakin Caparidzenin həmin dövrdə heç bir vəzifəsi olmayıb. O, girov ödəməkdən də imtina edib.
mənbə: marneulifm