Yunan həbsxanasında gürcü məhbusla bağlı olay

May 7, 2026 - 10:33
 0  65
Yunan həbsxanasında gürcü məhbusla bağlı olay

Yunanıstan həbsxanasında qətl: Gürcü və alban əsilli məhbuslar saxlanıldı

 

Yunanıstanda penitensiar müəssisədə məhbusların öldürülməsi ittihamı ilə gürcü və alban əsilli kişilər saxlanılıb.

 

Xeber.ge xəbər verir ki, məlumatı Yunanıstan mediası “tovima.gr” yayıb.

 

Mövcud məlumata görə, hadisə Nigrita həbsxanasında baş verib.

4 məhbus öz kameralarından qaçaraq daha 2 məhbusu azad edib.

 

Onların hamısının soyuq silahla həbsxanadakı digər məhbuslara hücum etdiyi bildirilir. Nəticədə 2 nəfər ölümcül yaralanıb.

 

Şübhəlilər 46 yaşlı, Fələstin vətəndaşı olan əlcəzairli və 43 yaşlı iraqlının qətlində ittiham olunurlar.

 

Hüquq-mühafizə orqanları şübhəliləri hadisə yerində saxlayıb.

Əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.