Yüksək temperatur fonunda leysan yağış, dolu və güclü külək gözlənilir
Bu gün və sabah ölkə ərazisində yüksək temperatur fonunda qısamüddətli yağış və şimşəkli hava şəraiti gözlənilir.
Bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Sinoptiklərin proqnozuna əsasən, bəzi ərazilərdə dolu və şimşək zamanı küləyin güclənməsi də mümkündür.
“1 və 2 avqust axşam və gecə saatlarında, Gürcüstanda yüksək temperatur fonunda qısamüddətli yağış və şimşəkli hava gözlənilir. Qərbi Gürcüstanın şimal dağlıq rayonlarında və Şərqi Gürcüstanın bəzi yerlərində yağışın intensivliyi arta bilər, dolu və şimşək zamanı güclü külək də mümkündür. Gözlənilən yağıntılar Gürcüstanın kiçik çaylarında daşqınlara, təpəlik və dağlıq ərazilərdə isə torpaq sürüşməsi və palçıq axınlarının yaranmasına və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi – orta)”, – deyə agentliyin yaydığı məlumatda bildirilir.
mənbə: interpress