Yük maşını ilə minik avtomobili toqquşub, ölən və yaralananlar var
Rikotidə baş verən qəza bir nəfərin ölümü ilə nəticələnib.
Xəsarət alanlar da var.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı (yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozma) maddəsi ilə araşdırma başlanıb.
Mövcud məlumata görə, iki nəqliyyat vasitəsi - yük maşını və minik avtomobili bir-biri ilə toqquşub.
mənbə: Intrepress.ge