Yeni qan testi süd vəzi xərçəngini erkən mərhələdə 95% dəqiqliklə aşkarlaya bilir
Weizmann Elm İnstitutunun və Yerusəlim İvrit Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu süd vəzi xərçəngini erkən mərhələdə aşkar edə bilən eksperimental qan analizi üsulu hazırlayıb. Test ölçüsü 2 santimetrdən kiçik olan lokal şişləri 95% dəqiqliklə müəyyən edə bilir.
XEBER.GE xeber verir ki, tədqiqatın nəticələrinə görə, yeni test müalicədən sonra xəstəliyin təkrarlanma riskini qiymətləndirmək baxımından ənənəvi toxuma biopsiyasından da daha effektivdir.
“Nature” elmi jurnalında çərşənbə günü dərc olunan araşdırma Weizmann Elm İnstitutunun doktor Efrat Şemanın laboratoriyası, Yerusəlim İvrit Universitetinin professoru Qay Ron və Rehovotdakı Kaplan Tibb Mərkəzinin həkimlərinin əməkdaşlığı nəticəsində həyata keçirilib.
Araşdırmada Fransa, Almaniya, İtaliya və ABŞ-dan olan alimlər də iştirak ediblər.