Yeni doğulan körpə soyuqdan öldü – QƏZZADA

Jan 19, 2026 - 11:06
 0  30
Yeni doğulan körpə soyuqdan öldü – QƏZZADA

Qəzza sektorunda daha bir körpə soyuqdan ölüb.

Xeber.ge xəbər verir ki, faciə Qəzzanın cənubunda yerləşən Xan-Yunis şəhərində baş verib.

27 günlük körpə qız soyuq hava səbəbi ilə həyatını itirib.

Bununla da, bu qış mövsümündə soyudan dünyasını dəyişən uşaqların sayı 8-ə çatıb.

Xatırladaq ki, İsrail Qəzza sektorunun demək olar ki, bütün infrastrukturunu və yaşayış binalarını məhv edib, evlərini itirmiş fələstinlilər çadırlarda qalmaq məcburiyyətindədirlər. Digər tərəfdən isə İsrail bölgəni hərtərəfli mühasirə altında – havadan, sudan və qurudan blokadada saxlamağa davam edir. Qəzza sakinləri aclıqdan və soyuqdan dünyasını dəyişir.

Xatırladaq ki, İsrail 2023-cü il 7 oktyabrdan bəri böyük əksəriyyəti uşaqlar və qadınlar olmaqla 71 mindən çox günahsız Qəzza sakinini qətlə yetirib.

mənbə: azshafaqna.com