Yanvarın 28-31-də Gürcüstanda hava şəraiti necə olacaq

Jan 27, 2025 - 12:31
 0  120
Yanvarın 28-31-də Gürcüstanda hava şəraiti necə olacaq

Sinoptiklərin proqnozuna əsasən, yaxın günlərdə Gürcüstanda əsasən yağmursuz hava şəraiti qorunub saxlanacaq.

Tbilisidə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +9, +11 dərəcə qeydə alınacaq.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) : Hava şəraitinin nisbətən isti və əsasən 

yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +15, +17 dərəcəyədək yüksələcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) : Hava şəraitinin nisbətən isti və əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +16, +18 dərəcəyədək yüksələcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi) : Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +9, +11 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro) : Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +7, +9 dərəcə qeydə alınacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) : Hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +9, +11 dərəcə qeydə alınacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro) : Hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +10, +12 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri) : Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +7, +9 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) : Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +4, +6 dərəcə qeydə alınacaq.

mənbə: marneulifm