Xaşuri–Borjomi yolunda 3 avtomobil toqquşub, 3 nəfər ölüb-VİDEO
Xaşuri–Borjomi yolunda, Kvişxeti kəndi yaxınlığında üç avtomobil toqquşub.
Qəza nəticəsində 3 nəfər həyatını itirib.
XEBER.GE xeber verir ki, ölənlər arasında bir yetkinlik yaşına çatmayan şəxs də var. İlkin, dəqiqləşdirilməmiş məlumata görə, qəza nəticəsində daha bir yeniyetmə yaralanıb və xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyi faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq başladıb. Həmin maddə yol hərəkəti qaydalarının pozulması nəticəsində iki və ya daha çox şəxsin ölümünə səbəb olmağı nəzərdə tutur.