Xaşuri bələdiyyəsində 60 yaşlı kişi qətlə yetirilib

Jun 18, 2025 - 13:57
 0  9
Xaşuri bələdiyyəsində 60 yaşlı kişi qətlə yetirilib
: :
playing

Xaşuri bələdiyyəsinin Osiauri kəndində 60 yaşlı kişi qətlə yetirilib.

Kənd nümayəndəsinin “Qartlis Ambebi”nə verdiyi məlumata görə, öldürülən şəxs görmə qabiliyyətindən məhrum olub.

“Onu kimin və necə öldürdüyü ilə bağlı müxtəlif versiyalar dolaşır. Amma bu adamın doğrudan da kor olduğunu təsdiqləyə bilərəm”, – deyə kənd nümayəndəsi bildirib.

Daxili İşlər Nazirliyi hələlik hadisə ilə bağlı şərh vermir və saxlanılan şəxsin olub-olmaması barədə məlumat yaymayıb.

mənbə: marneulifm