Uşağa işgəncə verən dayəyə 2 aylıq həbs qəti ittihamı-VİDEO

Nov 15, 2025 - 18:01
 0  14

Hakim Eka Barbakadzem 2 yaşınadək uşağa qarşı zorakılıqda ittiham olunan dayəyə 2 aylıq həbs qətimkan tədbiri seçdi.  

Xeber.ge xeber  verir ki, “TV Pirveli”nin məlumatına əsasən, iş materiallarında çox ağır görüntülər var — kadrlarda görünür ki, dayə uşağa amansızlıqla davranır. Zorakılığın iki epizodu qeydə alınıb: əvvəlcə qadın 1 yaş 6 aylıq uşağın başına pultla vurur, ikinci halda isə üzünə zərbə endirir.

Daxili İşlər Nazirliyinin apardığı araşdırma nəticəsində müəyyən edilib ki, 11 noyabrda, Tbilisidə dayə 1 yaş 6 aylıq körpəyə qarşı fiziki zorakılıq törədib.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci prim hissəsinin “a” bəndi (yetkinlik yaşına çatmayan şəxsin döyülməsi, fiziki ağrıya səbəb olan zorakılıq) ilə ittiham irəli sürülüb. Maddə iki ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.