Uca Tanrı ilə şəhidin şirin sövdələşməsi
Qurani-Kərimə görə, şəhidlik, mücahidin Allahla sövdələşməyə girdiyi və bu sövdələşmədən çoxlu qazanc əldə etdiyi bir alqı-satqıdır.
Qurani-Kərimdə Allah yolunda şəhidliyə çox gözəl baxış var. Quran şəhidliyi təkcə Allah yolunda fədakarlıq hesab etmir; daha doğrusu, bunu “sövdələşmə” kimi şərh edir. Şəhidlik bir mücahidin Allahla sövdələşməyə girdiyi və bu sövdələşmədən çoxlu qazanc əldə etdiyi bir alqı-satqıdır.
“Tövbə” surəsinin 111-ci ayəsində oxuyuruq: “Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər). (Bu alver) Onun öhdəsində olan – (Onun əzəli elmindən başqa, həm də Lövhi-Məhfuzda qeyd olunmuş və alver sənədi kimi) Tövrat, İncil və Qur’anda (yazılmış) haqq bir vəddir. Allahdan başqa kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş!” (Tövbə, 111). Bildiyimiz kimi, hər bir alqı-satqıda beş əsas element var: alıcı, satıcı, məhsul, qiymət və alqı-satqı sənədidir. Allah bu ünsürlərin hamısını bu ayədə qeyd etmişdir: Özünü “alıcı”, möminləri isə “satıcı” etmişdir, onların can və malları “mülk”, cənnət isə bu alverin “qiyməti”dir. Aşağıda Allah bu alış-veriş üçün güclü və etibarlı bir sənəd təqdim edərək buyurur: “Bu, Allahın öhdəsində olan bir həqiqi vəddir ki, üç səmavi kitab Tövrat, İncil və Quranda gəlmişdir”.
Allahın buyurduğuna görə, bu sövdələşmə çox sərfəlidir və buna görə də Allah belə bir sövdələşmə edən möminləri təbrik edir: “Etdiyiniz bu sövdələşməyə görə sizə müjdə olsun və bu (sizin üçün) böyük bir qələbə və qurtuluşdur”.
Əlbəttə, unutmaq olmaz ki, bu alqı-satqı insan üçün bir öhdəlik və məsuliyyət yaradır və ona görə də mömin bu halda Allah-Təala ilə bağladığı əhdə sadiq qalmalı, ömrünü Allah yolunda şücaətlə və ixlasla keçirməlidir və yolun çətinliyindən qorxmamalıdır. Qurani-Kərim Allahla belə bir əhd bağlayan və ona sadiq olanları çox tərifləmişdir: "Möminlər içərisində elələri də vardır ki, Allahla (döyüşdə ölənə qədər sabitqədəm olmaq barədə) bağlamış olduqları əhdi doğrultdular. Onlardan bəzisi öz nəzrlərinə əməl etdilər (şəhid oldular), bəzisi isə (şəhid olmağı) gözləməkdədirlər. Onlar (öz əhdlərində) heç bir dəyişiklik etmədilər" (Əhzab, 23). Bu ayə o vaxt nazil olmuşdur ki, İslamın küfr cəbhəsi ilə döyüşlərində Həmzə Seyidüş-Şühəda, Cəfər ibn Əbi Talib kimi böyüklər və Rəsulullahın (s) digər görkəmli səhabələri şəhid olmuşdular. Rəsulullahın (s) başqa səhabələri də öz vədlərinə sadiq qaldılar və Allah Rəsuluna (s) dəstək olmağı tərk etmədilər.
mənbə: iqna