Türkiyədən Gürcüstana qanunsuz yolla gətirilən külli miqdarda mal müsadirə olunub

Jan 21, 2026 - 14:59
 0  26
Türkiyədən Gürcüstana qanunsuz yolla gətirilən külli miqdarda mal müsadirə olunub

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, ölkənin gömrük sərhədindən külli miqdarda bəyan edilməmiş mal keçirmə faktı ilə bağlı iki nəfər saxlanılıb.

Xeber.ge xəbər verir ki, qurumun yaydığı bəyanatda bildirilir ki, qrup üzvləri əvvəlcədən razılaşaraq şirkətlərdən birinin adı ilə gömrük bəyannaməsinə saxta məlumatlar daxil ediblər.

Onlar gətirdikləri malların real gömrük dəyərini 536 028 lari əvəzinə, 48 502 lari olaraq göstəriblər. Sözügedən bəyannamə əsasında müxtəlif növ mallar yük avtomobili ilə Türkiyədən Gürcüstana gətirilib.

Əməliyyat məlumatı əsasında keçirilən baxış zamanı müəyyən edilib ki, bəyannamədə göstərilən malların böyük hissəsinin əvəzinə gömrük dəyəri 536 028 lari olan bəyan edilməmiş məhsullar aşkar olunub.

Aşkar edilən mallar arasında ətriyyat, gigiyenik vasitələr, otaq aromatizatorları, santexnika ləvazimatları, energetik içkilər, şirniyyatlar və digər məhsullar olub.