Tornike Rijvadzeyə görə açılmış iş üzrə Dəniz Nəqliyyatı Agentliyinin direktoru saxlanılıb

Jul 7, 2025 - 14:09
 0  16
Tornike Rijvadzeyə görə açılmış iş üzrə Dəniz Nəqliyyatı Agentliyinin direktoru saxlanılıb

Acarıstan hökumətinin sabiq sədri Tornike Rijkvadzenin güllələnməsi ilə bağlı iş çərçivəsində silahın səhlənkar saxlanılması ittihamı ilə Dəniz Nəqliyyatı Agentliyinin direktoru Aleksi Axvlediani saxlanılıb.

Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 238-ci maddəsi ilə – odlu silahın səhlənkar saxlanması maddəsi ilə açılıb.

7 iyulda məlum oldu ki, Acarıstan hökumətinin sabiq sədri Tornike Rijvadze “döş qəfəsində güllə yarası ilə” Saqareco şəhərində yerləşən GeoHospitals klinikasına yerləşdirilib.

Onun vəziyyəti sabit, lakin ağırdır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Rijvadzeyə təcili tibbi yardım göstərilib və həkimlərin izahına əsasən, onun ağciyəri zədələnib.

Bu hadisə ilə bağlı özünü öldürməyə çatdırma maddəsi ilə istintaq başlanılıb.

Nazirliyin digər bəyanatına görə, odlu silahın səhlənkar saxlanmasına görə bir nəfər saxlanılıb.

“Pirveli” və “Mtavari Arxi” telekanallarının məlumatına görə, Tornike Rijvadze Saqarecoda – Gürcüstan Olimpiya Komitəsinin keçmiş sədri və hazırda Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri olan Aleksi Axvledianinin evində olub.

Tornike Rijvadze 2018-ci ilin iyul ayından Acarıstan hökumətinə rəhbərlik edirdi.

O, 2025-ci il 4 aprel tarixində vəzifəsindən istefa verdi – bu haqda Facebook səhifəsində paylaşım etmişdi.

mənbə: marneulifm