Tirdznisi kəndində avtomobil 9 yaşlı uşağı vurub

Sep 16, 2026 - 12:58
 0  8
Tirdznisi kəndində avtomobil 9 yaşlı uşağı vurub

Qori bələdiyyəsinin Tirdznisi kəndində 9 yaşlı uşağı avtomobil vurub.

XEBER.GE xeber  verir ki, məlumatı yerli "Kartlis ambebi" mediası yayır.

Hadisə sentyabrın 15-də baş verib.

"Uşağın 9 yaşı var, yoldan keçirdi, evinə gedirdi. Əvvəlcə "Gormedi" klinikasına aparıblar, elə dünən Tbilisiyə köçürüblər. Bildirdiyimizə görə, həyatı üçün təhlükə yoxdur. Sınıqları var və əməliyyatlar lazımdır", – deyə Tirdznisi ictimai məktəbindən "Kartlis ambebi" nəşrinə bildiriblər.

Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 276-cı (nəqliyyatın hərəkəti təhlükəsizliyi və ya istismarı qaydalarını pozma) maddəsi ilə istintaq başlyıb.