Telavidə 8 aylıq hamilə qadın və körpəsi vəfat etdi
Gürcüstanın Kaxeti bölgəsində ağır itki ilə nəticələnən hadisə baş verib.
Xeber.ge xəbər verir ki,
Ölüm səbəbi: Tromboz ehtimalı Mərhumun yaxınlarının verdiyi məlumata görə, ölümə ilkin ehtimal kimi damarlarda yaranan tromb (qan laxtalanması) səbəb olub. Bildirilir ki, hamilə qadının əvvəllər də sağlamlıq problemləri olub və o, həkim nəzarətində saxlanılırmış.
Tibbi yardım çatmayıb "Son vaxtlar müalicə alırdı, lakin buna baxmayaraq tromb inkişaf edib. Hadisə o, evdə olduğu zaman baş verib," – deyə qadının yaxınlarından biri bildirib. Məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, həkimlər gələnə qədər qadın artıq vəfat edibmiş.
Qadının qeydiyyatda olduğu tibbi klinika hələlik hadisə ilə bağlı rəsmi şərh verməyib. Faktla bağlı araşdırma aparılır.