Kvemo Kartlidə ailə üzvünə xəsarət yetirən şəxs saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin əməkdaşları tərəfindən ailə üzvünə qarşı qəsdən sağlamlığa yüngül xəsarət yetirmə faktı üzrə əməliyyat keçirilib.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində soyuq silahdan istifadə edərək 2000-ci il təvəllüdlü M.G.-yə bədən xəsarətləri yetirib. Yaralı qadın dərhal xəstəxanaya yerləşdirilib və ona zəruri tibbi yardım göstərilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər nəticəsində E.G. cinayəti törətdikdən qısa müddət sonra "isti izlərlə" yaxalanıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prim (ailə üzvünə qarşı) və 120-ci maddəsinin 2-ci hissəsi (sağlamlığa qəsdən yüngül xəsarət yetirmə) ilə cinayət işi başlanılıb.
DİN-in məlumatına əsasən, törədilən cinayət əməlinə görə saxlanılan şəxsi 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.