Telavi hava limanı daxili uçuşlara, Vaziani isə beynəlxalq reyslərə xidmət göstərəcək

Jun 3, 2025 - 17:56
Jun 4, 2025 - 10:12
 0  32
Telavi hava limanı daxili uçuşlara, Vaziani isə beynəlxalq reyslərə xidmət göstərəcək

Telavi hava limanı yalnız daxili uçuşlara xidmət edəcək, Vaziani hava limanı isə bütün növ çarter və beynəlxalq reyslər üçün nəzərdə tutulacaq.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Levan Davitaşvili bildirib.

Nazir bildirib ki, Vaziani hava limanının inkişafı davam etdiriləcək və bu, aviasiya, turizm və urbanizasiya sahələrində yeni impuls yaradacaq.

“Bu plan artıq mövcuddur. Bu layihə ətrafında çoxlu müzakirələr aparıldı, müxtəlif müqayisəli analizlər edildi. Vazianinin inkişafı təkcə hava nəqliyyatı üçün deyil, həm də turizm və şəhərsalma baxımından böyük əhəmiyyətə malikdir.

Telavi hava limanının optimallaşdırılması da təbii prosesdir. Gürcüstanda daxili yollar və infrastruktur sürətlə inkişaf edir, bir çox bölgəyə asanlıqla çatmaq mümkündür. Buna görə də, Telavi hava limanı daha aşağı xərclərlə yalnız daxili reyslər üçün istifadə olunacaq, Vaziani isə beynəlxalq və çarter reyslərinə xidmət göstərəcək.

Telavi layihəsi kifayət qədər baha başa gəlirdi, indi isə bu layihənin optimallaşdırılması aparılır,” – deyə Davitaşvili qeyd edib.

mənbə: interpress