Tbilisidə Yük kranı avtobusa çırpıldı, pəncərələr və fasad dağıldı-VİDEO
Tbilisidə sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Şahidlərin sosial şəbəkələrdə paylaşdığı görüntülərdən aydın olur ki, 321 nömrəli bələdiyyə avtobusuna yük kranı çırpılıb.
XEBER.GE xəbər verir ki, zərbənin gücündən avtobusun şüşələri çilik-çilik olub, xarici fasadı isə ciddi şəkildə dağılıb.
Qəza baş verən dərhal sonra bələdiyyə avtobusundan sərnişinlərin təcili təxliyəsi təmin olunub.
Hadisə nəticəsində iki sərnişinin yüngül xəsarət aldığı bildirilir.
Avtobusda olan digər şəxslər dərhal təhlükəsiz əraziyə çıxarılıb.
Məsələ ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən araşdırmalara başlanılıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi (Nəqliyyatın hərəkəti və ya istismarı qaydalarının pozulması) ilə aparılır. Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ümumilikdə nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasını əhatə edir. Qəzanın dəqiq səbəbləri və təfərrüatları aparılan istintaqdan sonra bəlli olacaq.