Tbilisidə taksi sürücüsünü bıçaqlayan azyaşlı saxlanılıb

Jul 31, 2026 - 13:45
 0  10
Tbilisidə taksi sürücüsünü bıçaqlayan azyaşlı saxlanılıb
: :
playing

Soyuq silahdan istifadə edərək taksi sürücüsünə ağır bədən xəsarəti yetirən və hadisə yerindən qaçan azyaşlı saxlanılıb.

XEBER.GE xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, taksi sürücüsü ilə azyaşlı arasında münaqişə gediş haqqı üstündə düşüb.

"Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Azyaşlıların İşləri üzrə Baş İdarəsinin əməkdaşları qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə bir nəfər azyaşlını saxlayıblar.

İstintaqla müəyyən edilib ki, gediş haqqı üstündə taksi sürücüsü ilə azyaşlı arasında başlayan münaqişə nəticəsində cinayətdə təqsirləndirilən şəxs soyuq silahdan istifadə edərək taksi sürücüsünə ağır bədən xəsarəti yetirib və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində azyaşlını təqsirləndirilən şəxs qismində saxlayıblar. Polis cinayət aləti olan bıçağımaddi sübut kimi götürüb. İstintaq Cinayət Məcəlləsinin 117-ci maddəsinin 1-ci hissəsi ilə aparılır. Bu maddə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur".