Kaxetidə hamilə həyat yoldaşına təcavüz edən şəxs saxlanılıb
Gürcüstanın Kaxeti bölgəsində ailə üzvünə qarşı törədilmiş ağır cinayətlərin üstü açılıb.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, Telavi bələdiyyəsinin kəndlərindən birində 1992-ci il təvəllüdlü G.T. öz həyat yoldaşı, 1991-ci il təvəllüdlü Z.O.-ya qarşı fiziki zorakılıq tətbiq edib və onu öldürməklə hədələyib. Bundan əlavə, təqsirləndirilən şəxsin zor tətbiq etməklə və hədə-qorxu yolu ilə qadına qarşı cinsi xarakterli zorakılıq hərəkətləri (təcavüz) etdiyi sübuta yetirilib.
Məlum olub ki, saxlanılan G.T. əvvəllər dəfələrlə məhkum olunub və hazırda digər cinayətlərə görə şərti cəza altındadır. Polis tərəfindən həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində şübhəli şəxs yaxalanaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə cinayət işi başladılıb:
- 11 (prim) 137-ci maddə: Ailə üzvünə qarşı zorlama (təcavüz);
- 126 (prim) maddə: Ailə zorakılığı;
- 11 (prim) 151-ci maddə: Ailə üzvünü öldürməklə hədələmə.
Bu maddələr üzrə təqsiri sübuta yetiriləcəyi təqdirdə, saxlanılan şəxsi 13 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.