Tbilisidə bıçaqlanma hadisəsi

Nov 24, 2025 - 12:36
 0  21
Tbilisidə bıçaqlanma hadisəsi

Tbilisidə 1991-ci il doğumlu N.F. sağlamlığa qəsdən yüngül zərər vurma ittihamı ilə həbs edilib.

Xeber.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, qarşıdurma keçmişdə baş vermiş münaqişə ilə bağlıdır.

Cinayət 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Aparılan istintaqla müəyyən edilmişdir ki, şübhəli Tbilisidə, keçmişdə mövcud olan münaqişə əsasında, 1991-ci il doğumlu S.K.-ya fiziki zərər vurub və hadisə yerindən qaçıb.

Yaralı kişi xəstəxanaya yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilib.

Hüquq-mühafizə orqanları N.F.-ni isti iz üstə həbs ediblər.