Tbilisidən Avropaya irad: İrəvanda baş verənlərə niyə susursunuz?

Jun 8, 2026 - 18:56
 0  38
Tbilisidən Avropaya irad: İrəvanda baş verənlərə niyə susursunuz?

Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili Aİ-ni Ermənistanda müxalifət üzvlərinin həbsi ilə bağlı susqunluğuna görə tənqid edib.

Daha əvvəl "Güclü Ermənistan" blokunun lideri Samvel Karapetyan təcili brifinq zamanı bildirib ki, son bir ay ərzində blok ciddi təzyiq və təqiblərə məruz qalıb, komandasının təxminən 75 üzvü həbs edilib, 700-dən çox insan isə saxlanılıb.

  Şalva Papuaşvili Tbilisidə keçirilən brifinqdə bildirib:

“Seçkilərdən əvvəl Ermənistanda onlarla müxalifət siyasətçisi saxlanılıb və Avropa İttifaqı buna heç bir şəkildə reaksiya verməyib".

Onun sözlərinə görə, əgər kimsə cinayət törədibsə, o, həbs olunmalıdır. Qanunun aliliyi budur. Əgər bu, Vaşinqton, Berlin və İrəvan üçün məqbuldursa, Tbilisi üçün də eyni dərəcədə məqbuldur.

mənbə: publika